Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 3,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə məlumatı AFAD yayıb.
Saat 00:29-da (Bakı vaxtı ilə 01:29) baş verən zəlzələnin ocağı 5,25 km dərinlikdə yerləşib. Zəlzələ digər vilayətlərdə də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.