Bu gün Naxçıvan şəhərində keçirilən Həmrəylik Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin qeyri-hökumət təşkilatlarını birləşdirən yeni platforma təsis olunub.
Planetinfo.az xəbər verir ki, Forumun qərarına əsasən, platformanın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Allahverənov seçilib.