Region 27-11-2025, 08:32

BDU dördtərəfli əməkdaşlıq memorandumu imzalayıb

BDU dördtərəfli əməkdaşlıq memorandumu imzalayıb
BDU, Özbəkistanın Mirzə Uluqbəy adına Milli Universiteti, Qazaxıstanın Safi Utebayev adına Atırau Neft və Qaz Universiteti və D. Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti ilə dördtərəfli əməkdaşlıq memorandumu imzalayıb.

Bu sənəd universitetlər arasında elmi-tədqiqat əməkdaşlığının gücləndirilməsi, akademik və mədəni mobilliyin təşviqi, birgə layihə və tədqiqatların həyata keçirilməsi və bilik mübadiləsinin genişləndirilməsi üçün etibarlı çərçivə yaradır.

Özbəkistanda reallaşdırılan bu təşəbbüs Avrasiya məkanında akademik əlaqələrin möhkəmləndirilməsinə, universitetlərimizin intellektual resurslarının birləşdirilməsinə və tələbə-müəllim mübadiləsinin geniş imkanlarla zənginləşdirilməsinə xidmət edir.

Memorandum gələcək illərdə tələbələrimiz və müəllimlərimiz üçün yeni layihələrə və səmərəli əməkdaşlıqlara yol açacaq.

Nəsimi

Xəbər lenti