Region 9-04-2026, 09:40

Qonşu ölkədə benzin bahalaşdı



Gürcüstanda yanacağın qiyməti yenidən artıb.

Planetinfo.az xəbər verir ki, son günlər qiymətlər 5–15 tetri yüksəlib, martın 9-dan bəri isə artım 35–90 tetri təşkil edib.

Hazırda bəzi yanacaqdoldurma məntəqələrində “Super” benzini 3,99 lari, “Premium” 3,59 lari, “Euro Regular” isə 3,45 lariyə təklif olunur. Dizel yanacağında isə daha ciddi bahalaşma qeydə alınıb – “Euro Diesel” 3,97 lari, “Effektive Diesel” isə 3,69 lariyə satılır.

Qeyd edək ki, qiymət artımı Hörmüz boğazı ətrafında yaranan gərginlik və daşımaların ləngiməsi fonunda qlobal neft bazarındakı dəyişikliklərlə əlaqələndirilir.

Xəbər lenti