Region 27-11-2025, 08:35

Ukraynaya məxsus 19 PUA vurulub

Ukraynaya məxsus 19 PUA vurulub
Noyabrın 26-da axşam saatlarında Rusiya hərbi qüvvələri Rusiyanın regionlarına hücum etməyə cəhd edən Ukraynaya məxsus 19 pilotsuz uçuş aparatını məhv edib.

Planetinfo.az Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hərbçilər ən çox pilotsuz təyyarəni - onunu Kursk vilayətində, dördünü isə Belqorod vilayətində vurdular.

Azov dənizi üzərində isə üç pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Nəsimi

Xəbər lenti