İllərlə davam edən məhkəmə prosesləri və faktiki olaraq sona çatmış nikahın hüquqi şəkildə davam etdirilməsi çətinliyi boşanma prosesinə yenidən baxılması zərurəti yaradıb. Bu narahatlığın qarşısını almağı hədəfləyən Türkiyə höküməti yeni qayda ilə boşanma üçün "iki mərhələli" sistem tətbiq edir.
Planetinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu modeldə məhkəmələr nikahın kökündən sarsıldığını müəyyən etdikdə tez bir zamanda boşanma qərarları verəcək, aliment, kompensasiya və əmlak bölgüsü kimi maliyyə mübahisələri isə illərdir işləri dayandıran proseslərin ikinci mərhələsində həll ediləcək.
Hazırda Ədliyyə Nazirliyi tərəfindən hazırlanan Məhkəmə Paketi, illərlə uzanan və tərəflərin yeni bir həyata başlamasını qeyri-mümkün edən boşanma işlərinə köklü bir həll təqdim etməyi hədəfləyir.
Uşağın qəyyumluq kimi birbaşa maraqları da bu sistemdə daha tez həll ediləcək; aliment, kompensasiya və əmlak bölgüsü kimi mübahisələr ikinci mərhələdə və ya alternativ mübahisələrin həlli üsulları vasitəsilə qiymətləndiriləcək.