Sosial 4-11-2025, 19:47

Siyəzənli gənclər Qarabağda olublar

Siyəzənli gənclər Qarabağda olublar
8 Noyabr – Zəfər Günü münasibətilə Siyəzən Gənclər Evinin kollektivi və könüllüləri Qarabağa səfər ediblər. Bu səfərin məqsədi gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək, azad torpaqlarımızın möhtəşəmliyini yerində görmək və şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad etmək olub.

Gənclər Evindən Planetinfo.az-a verilən məlumata görə, səfər zamanı gənclər Şuşa şəhərini gəzərək Azərbaycanın mədəniyyət paytaxtının qədim tarixini və dirçələn simasını yaxından tanıma fürsəti qazanıblar. Gənclər Molla Pənah Vaqifin türbəsini, Yuxarı Gövhər Ağa məscidini, İsa bulağını, Şuşa qalasını və Cıdır düzünü ziyarət ediblər.

Xüsusilə İsa bulağında istedadlı musiqiçi gənclərimiz Azərbaycan xalq musiqilərindən ibarət ifalarla səfərə unudulmaz bir rəng qatıb, Zəfər Gününün qürurunu və sevinci musiqi ilə ifadə ediblər.

Bu səfər gənclər üçün həm tarixi dərs, həm də vətən sevgisinin canlı təcəssümü olub. Onlar azad Qarabağ torpağının hər qarışında xalqımızın qəhrəmanlığını və dirənişini hiss ediblər.

Qarabağ Azərbaycandır!

Xəbər lenti