Sosial Bugün, 15:47

Ölkəyə yeni gətirilən vaqonlardan neçəsi metroda istismar edilir?

2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı Metropoliteni tərəfindən 30 vaqon ölkəyə gətirilib və bu vaqonların 20 ədədi istismara verilib.

Planetinfo.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hazırda ölkəyə gətirilən yeni vaqonların neçə ədədi metroda istismar edilir?


Məsələ ilə bağlı “Bakı Metropoliteni “QSC”-dən Trend-ə bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən ölkəyə gətirilən 30 vaqondan 25-i istismara verilib.


Qurumdan əlavə edilib ki, 5 vaqonda isə sazlama işləri aparılir və yaxın zamanda istismara veriləcək.

Xəbər lenti