Təhsil Oyunları Platforması tərəfindən keçirilən müəllimlər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə Respublika Kubokunun qalibi olan YURD komandasının üzvləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun müəllimin qəbulunda olub.
Komandadan Planetinfo.az-a verilən məlumata görə, görüş zamanı qələbə münasibətilə təbrik edən Coşqun müəllim növbəti turnirlərdə də uğurlu çıxış etməyimizə inandıqlarını diqqətə çatdırıb.
Səmimi ortamda keçən görüş zamanı təhsil müəssisələrində intellektual hərəkatın inkişaf etdirilməsi istiqamətində təkliflərimizi dinləyən idarə müdiri yaxın zamanlarda bu işə başlamaq tövsiyələrini verib.
Yaxın günlərdə həm şagirdlər, həm də müəllimlər üçün intellektual oyunlar üzrə yeni layihələr olacaq.
Nəsimi