Sosial Bugün, 15:21

Avtobus müsabiqələrinin qalibləri müəyyən edildi



Azərbaycanda daha bir neçə avtobus marşrutunun istiqaməti üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Qazax–Mingəçevir, Qazax–Tərtər şəhərlərarası, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı–Gəncə marşrutları üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bakı–Mingəçevir və Bakı–Şəki marşrutları üzrə hüquqi şəxs "Xan Sarayı" MMC, Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Əkbərov Güləhməd Camal oğlu, Qazax–Mingəçevir və Qazax–Tərtər marşrutları üzrə fiziki şəxs Bilalov Elxan Kamal oğlu, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası marşrutu üzrə fiziki şəxs Rzazadə Seymur Zahir oğlu, Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC, Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Rzayev Qafqaz Vaqif oğlu qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Xəbər lenti