Sosial 13-04-2026, 09:12

Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq


Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Planetinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Xəbər lenti