Rusiyanın mayın 14-də Kiyevə hücumu nəticəsində 3-ü uşaq olmaqla 24 nəfərin həlak olması ilə əlaqədar Ukraynanın dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərində bayraqlar endirilib və xatirə kitabı açılıb.
Planetinfo.az Globalinfo.az-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev sosial media hesabında paylaşım edib.
Diplomat faciə zamanı həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verib:
“Bu gün dünyanın müxtəlif ölkələrindəki Ukrayna diplomatik nümayəndəliklərində, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və xatirə kitabları açılıb. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.