Gündəm / Siyasət / Dünya Bugün, 09:30

Oman sahillərində konteyner gəmisinə hücum edildi



Oman sahillərində konteynerdaşıyan gəmi hücuma məruz qalaraq zədələnib, nəticədə göyərtədə yanğın baş verib.

Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (UKMTO) Dəniz Ticarət Daşımalarını Koordinasiya Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, hadisə Oman sahillərindən təxminən 16 kilometr şərqdə baş verib. Hərbi rəsmilər gəminin arxa hissəsindən zədə aldığını və bunun yanğına səbəb olduğunu bildiriblər.

UKMTO, həmçinin ekipajın konteynerdaşıyan gəmini tərk etdiyini və hazırda xilasedici qayıqda olduqlarını açıqlayıb.

Xəbər lenti