Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 36 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqrama yaxın heroin, 33 kiloqramdan artıq marixuana, 400 qrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.