Tanınmış jurnalist Günay Novruzqızına “Azərsun Holdinq”də vəzifə verilib.
O, bu barədə "Facebook" hesabında paylaşım edib:
"Dəyərli dostlarım, sizinlə bir xəbəri paylaşmaq istəyirəm.
Bu gündən ölkəmizin aparıcı və ən nüfuzlu korporativ şirkətlərindən biri, mənim üçün hər zaman doğma olan "Azersun Holdinq"dəyəm. Burada Korporativ Əlaqələr Direktorluğunda Xarici Kommunikasiya şöbəsinin müdiri vəzifəsində fəaliyyətə başlamaqdan böyük məmnunluq duyuram.
"Azersun Holdinq" yüksək korporativ dəyərlərə, insan amilinə və peşəkarlığa söykənən böyük bir ailədir. Doğma holdinqimin mənə yenidən qucaq açması məni həm sevindirir, həm də qürurlandırır.
Qəlbimizdə sonsuz sevgi və ehtiramla anılan Abdolbari Gözəl bəyin böyük zəhmət, uzaqgörənlik və insan sevgisi ilə qurduğu bu Holdinqdə çalışmaq, onun formalaşdırdığı dəyərləri yaşatmaq və inkişaf etdirmək mənim üçün böyük şərəf və məsuliyyətdir.
Bu etimada görə "Azersun Holdinq" rəhbərliyinə minnətdarlığımı bildirirəm. Məni səmimiyyətlə qarşılayan Korporativ Əlaqələr Direktorluğunun rəhbəri Rafiq Şahverdiyev və bütün həmkarlarıma təşəkkür edirəm.
Yeni hədəflərə böyük inam və həvəslə…"