Dünya 7-11-2025, 15:33

8 Noyabr - Zəfər Günü münasibətilə Qahirədə tədbir keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Qahirədə tədbir keçirilib
Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Qahirə şəhərində keçirilən tədbirində iştirak etdik.

Planetinfo.az xəbər verir ki, tədbirdə Azərbaycan icmasının üzvləri, Misirin dövlət qurumlarının və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri, dost ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri, yerli və xarici media nümayəndələri iştirak edirdilər.

Mərasimin açılışında Azərbaycanın Dövlət Himni səsləndirildi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra şanlı Zəfərimizə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Səfir Elxan Poluxov Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə əldə etdiyi zəfər tarixindən danışaraq, dünya hərb tarixi üçün unikal sayılan hərbi əməliyyatlardan biri - Şuşanın azad olunması əməliyyatının əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı.

Tədbir maraqlı müzakirə və fikir mübadilələri ilə davam etdi.

Nəsimi

Xəbər lenti