Dünya 10-11-2025, 06:17

Slovakiyada qatarlar toqquşdu: 30 nəfər yaralandı

Slovakiyada qatarlar toqquşdu: 30 nəfər yaralandı
Slovakiyanın paytaxtı Bratislavada iki qatar toqquşub, xeyli yaralı var.

Bu barədə TASR agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili yardım briqadası yollanıb.

***

Bratislava yaxınlığında iki qatarın toqquşması nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

Qəza Slovakiyanın paytaxtı ilə Pezinok şəhəri arasında baş verib.

Hadisə yerinə Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok gəlib.

Ölkənin baş naziri Robert Fitso bildirib ki, bu insident ciddi araşdırma tələb edir.

Xəbər lenti