Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər digər dövlətlərdən fərqlidir; beynəlxalq əlaqələr tarixi baxımından qiymətləndirildikdə ən əhəmiyyətliləri arasında yer alır. 44 günlük müharibə və ondan sonrakı dövrdə Türkiyənin Azərbaycana verdiyi əhəmiyyətli dəstək və iki liderin görüşmək üçün hər fürsətdən istifadə etməyə davam etməsi münasibətlərin hər keçən gün daha da inkişaf etməsinə şərait yaradıb.
Bunu
Planetinfo.az-a Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktay deyib.
O, qeyd edib ki, Türkiyə Azərbaycanın qələbə paradına sadiqliyini nümayiş etdirdi. Bundan başqa, Pakistan Baş naziri Şahbaz Şərifin bu mərasimlərdə iştirakı Türkiyə-Pakistan-Azərbaycan münasibətlərini durmadan güclənir, möhkəmlənir: 'Son zamanlar qlobal miqyasda ciddi müharibə riskini nəzərə alaraq, İran və Pakistan da daxil olmaqla Türk Dövlətləri Təşkilatı regionda hərbi seçimlərdə daha geniş ittifaqı ön plana çıxaracaq".
Nəsimi