Şənbə günü, yanvarın 17-də ikinci Bundesliqada “Herta” və “Şalke” arasında keçirilən matçdan əvvəl iğtişaşlar baş verib,
Publika.az xəbər verir ki, ən azı 31 azarkeş və 21 hüquq-mühafizə orqanı əməkdaşının xəsarət aldığı bildirilir.
Stadionun girişində müxtəlif əşyalar, o cümlədən hasarın hissələri hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərinə atılıb. Polis aqressiv fanatları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.
“Hələ oyun başlamamışdan ayrı-ayrı azarkeş qruplarının heyətimizə hücumları başladı. 21 heyət üzvü və 31 azarkeş yaralanıb”, – deyə polisin açıqlamasında deyilir.