Gündəm / Dünya Bugün, 14:30

100 nəfərlik məclisdə atışma oldu - 9 yaralı var



ABŞ-nin Kaliforniya ştatının Tulare dairəsində əyləncə mərasimində baş verən atışma nəticəsində doqquz nəfər yaralanıb.

Bu barədə yerli "ABC News KFSN" telekanalı şerif ofisinə istinadən xəbər verib.

Hadisə şənbə günü yerli vaxtla axşam Stratmor şəhərindəki özəl əyləncə mərasimində baş verib. Mərasimdə təxminən 100 nəfər iştirak edib.

İlkin məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

İstintaq aparılır və zərərçəkənlərin dəqiq sayı müəyyənləşdirilir.

Xəbər lenti