Dünya 19-11-2025, 08:27

318 milyon insan aclıqla üzləşəcək - BMT

318 milyon insan aclıqla üzləşəcək - BMT
2026-cı ildə təxminən 318 milyon insan aclıq böhranı ilə üzləşəcək.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının 2026-cı il üçün proqnozlarında qeyd olunub.

Məlumatda çatışmazlıqlar, münaqişələr, iqlim şokları və humanitar yardımların maliyyələşdirilməsində ciddi boşluqlar kimi əsas risk mənbələri xüsusilə vurğulanır.

Ümumdünya Ərzaq Proqramı eyni zamanda 2026-cı ildə humanitar ehtiyacların qarşılanması üçün 13 milyard ABŞ dolları tələb edildiyini, lakin bu məbləğin yalnız yarısının toplanmasının gözlənildiyini qeyd edib.

Xəbər lenti