Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif də daxil olmaqla bir sıra şəhərlərində mümkün fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq elan edilib.
Ölkənin Mülki Müdafiə Baş İdarəsi Məkkə, Ciddə, Taif, Yanbu və Təbuk şəhərlərinin sakinlərinə müraciət edib.
Bəyanatda vətəndaşlar həyat və əmlaklarını qorumaq üçün müvafiq qurumların göstərişlərinə əməl etməyə, insanların toplandığı ərazilərdən uzaq durmağa, foto və video çəkilişlərindən çəkinməyə çağırılıblar.
Hadisə Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə ittiham etməsindən sonra baş verib. Husilər hücumlara görə qisas alacaqları ilə hədələyiblər.