Dünya Bugün, 15:20

İran Hörmüz boğazından bu gəmilərin keçidini qadağan etdi


İran ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçməsinə tam qadağa qoyur.

Planetinfo.az İran KİV-nə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqari bəyan edib:

"Düşmən gəmilərinin Hörmüz boğazından keçmək hüququ yoxdur və olmayacaq, digər gəmilər isə İran İslam Respublikası Silahlı Qüvvələrinin qaydalarına riayət etməklə əvvəlki kimi boğazdan keçmək hüququna malik olacaq".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbər lenti