“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin məşqlərə geri qayıdacağı tarix bəlli olub.
Bizim.Media xəbər verir ki, Mustafazadə mayın əvvəlində meydançaya geri qayıdacaq.
Belə ki, millimizin üzvünün sağalması prosesi uğurlu gedərsə, 29 yaşlı futbolçu mövsümün sonuna qədər oyunlara da çıxacaq.
Xatırladaq ki, Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl”la ilk oyununda zədələnmiş və əməliyyat edilmişdi.