İdman Bugün, 13:04

"Qalatasaray"dan transfer şousu - "Qalaktikos" qurulur


“Qalatasaray” "Liverpul"un iki futbolçusunun xidmətində maraqlıdır.

Planetinfo.az xəbər verir ki, Türkiyə nəhəngi Məhəmməd Salah və Vircil van Deyki transfer etmək üçün yay pəncərəsində hərəkətə keçməyi planlaşdırır.

Məlumata görə, Salah artıq mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Misirli hücumçunun komandadan azad agent kimi ayrılacağı və yeni klub seçimi üzərində çalışdığı bildirilir.

İddialara görə, “Qalatasaray” rəhbərliyi müdafiə xəttini gücləndirmək üçün Vircil van Deyki də hədəfə alıb. Futbolçunun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Bildirilir ki, İstanbul klubu hər iki futbolçunu transfer edərək növbəti mövsüm üçün iddialı heyət formalaşdırmağı planlaşdırır.

Xəbər lenti