Sosial Bugün, 15:40

Əvvəllər məhkum olunmuş şəxs saxlanıldı

Ağsuda 120 metr uzunluğunda iridiametrli su boru kəməri talanıb.

Planetinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayon ərazisində 120 metr uzunluğunda iridiametrli su boru kəməri naməlum şəxs tərəfindən talanıb.

Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Namiq Haxverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, N.Haxverdiyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Xəbər lenti