Sosial / Hadisə Bugün, 16:40

Sumqayıtda zəncirvari qəza oldu


Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Planetinfo.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub.

Qəza nəticəsində bütün nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti