Rusiyanın Ural bölgəsində Azərbaycan diasporunun sabiq rəhbəri Şahin Şıxlinski və oğlu barəsində hökm oxunub.
Planetinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, o, ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, Şıxlinski cəzasının ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Onun oğlu Mutvalı Şıxlinski isə 8 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, hökm 2025-ci ilin iyulunda baş vermiş insidentlə bağlı cinayət işi üzrə çıxarılıb.