Gündəm Bugün, 15:45

Xızıda "Jeep" aşdı, sürücü öldü



Xızı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Bayramov Şahin Mustafa oğlunun sükanı arxasında olduğu "Jeep" markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti