Gündəm / Dünya 15-05-2026, 19:00

ABŞ Hörmüz boğazında 4 gəmini sıradan çıxardı



İndiyədək ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İran limanlarının dəniz blokadası çərçivəsində 75 ticarət gəmisini yönləndirib və 4 gəmini sıradan çıxarıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumat yayıb.

Qeyd edilib ki, "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizi üzərində səmada nəzarəti həyata keçirir.

"ABŞ qüvvələri İrana qarşı dəniz blokadasına riayət olunmasını təmin etdiyi bir vaxtda "MH-60R Sea Hawk" helikopteri Ərəb dənizində "USS Rafael Peralta (DDG-115)" aviadaşıyıcının/esminesinin göyərtəsindən havaya qalxıb", - deyə vurğulanıb.

Xəbər lenti