Gündəm 16-05-2026, 14:00

Şəhid övladı yüksək bal topladı



Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanında Şərur şəhər 1 nömrəli tam orta məktəbin məzunu, şəhid kapitan Elnur Cəfərovun övladı Məhəmməd Cəfərov yüksək nəticə göstərərək 282 bal toplayıb.

Planetinfo.az unikal.az-a istinadən xəbər verir ki, buraxılış imtahanında Şərur rayonunun ümumtəhsil məktəbləri üzrə şagirdlər arasında ən yüksək nəticəni də məhz Məhəmməd Cəfərov göstərib.
Qeyd edək ki, kapitan Elnur Cəfərov 2014-cü il yanvarın 23-də Ağdərə rayonunda tapşırıqda olarkən şəhidlik zirvəsinə ucalıb. Ölümündə sonra “Hərbi xidmətə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” və “ İgdliyinə görə” medalları ilə təltif edilib.

Xəbər lenti