Gündəm / İdman
Bugün, 19:30
"Barselona"nın müdafiəçisi üçün yeni səhifə açıla bilər
"Barselona"nın uruqvaylı müdafiəçisi Ronald Arauxo karyerasında yeni səhifə aça bilər.
"İnter" yay transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün Arauxonu hədəf seçib. Milan təmsilçisi bu transferi reallaşdırmaq üçün Alessandro Bastonini "Barselona"ya təklif etməyi planlaşdırır.
Qeyd edək ki, 2031-ci ilə qədər müqaviləsi olan 20 milyon avro dəyərindəki Arauxo, bu mövsüm Kataloniya təmsilçisinin heyətində La Liqada 23 matçda 3 qol vurub, Çempionlar Liqasında isə 10 görüşdə forma geyinib.