Ukrayna prezidenti Vladimir Zelenski müdafiə sektorundakı dəstəyə görə Azərbaycana təşəkkür edib.
Zelenski bu barədə NATO sammiti çərçivəsində Ankarada Müdafiə Sənayesi Forumunda danışıb.
“Müdafiə sektorunda Ukrayna ilə əməkdaşlıq edən hər bir ölkə liderinə və hər bir şirkətə təşəkkür edirəm. Avropa İttifaqı, Türkiyə, NATO ölkələri, eləcə də Azərbaycan və Fars körfəzi dövlətləri kimi ölkələr bizim güclü tərəfdaşlarımızdır. Ümid edirəm ki, əməkdaşlığımız ölkələrimizin təhdidlərə qarşı etibarlı müdafiəsini təmin edəcək”, - Zelenski qeyd edib.