Gündəm / İdman
27-05-2026, 23:00
“Şəfa” baş məşqçisi ilə yollarını ayırdı
“Şəfa” baş məşqçisi Elgiz Kərəmli ilə yollarını ayırıb.
Bu barədə klub rəsmi məlumat yayıb.
34 yaşlı mütəxəssis “Şəfa”nın Premyer Liqaya qayıtmasında pay sahibi olub. Onun rəhbərliyi ilə komanda əvvəlcə 2024/25 mövsümündə İkinci Liqanın gümüş mükafatçısı, 2025/26 mövsümündə isə Birinci Liqanın çempionu olub.