Gündəm 3-06-2026, 20:13

Velosiped sürən uşağı maşın vurdu



Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şıxsalahlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Nurlan Fəttahovun VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən velosiped sürən 11 yaşlı M.H-nı vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti