Gündəm 28-06-2026, 15:45

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı



Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 21-22 dərəcə olacaq.

Xəbər lenti