Qarabağ separatçıların silahlı dəstəsində komandir müavini olmuş polkovnik Edik Maloyan Ermənistanda saxlanılıb.
“NewDay”ın məlumatına görə, onun Talin şəhərindəki (Ermənistanın Araqatsotn bölgəsi) evində axtarış aparılıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zabiti saxlayıblar.
İstintaq Komitəsi “Sputnik Ermənistan”a həbsi təsdiqləyib, lakin cinayət işinin motivlərini izah etməyib.
2016-cı ilin aprel döyüşlərində Maloyan kiçik bir dəstəyə rəhbərlik etdi. O, həmçinin 44 günlük müharibədə də Azərbaycana qarşı vuruşub və 1-ci dərəcəli Döyüş Xaçı ordeni ilə təltif edilib.