Məhkəmə icraçıları ikiqat Olimpiya çempionu Yelena İsinbayevanın bank hesablarını dondurublar.
Bu barədə “RİA Novosti” agentliyinə Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) Volqoqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Vəsaitin müsadirəsinə səbəb bağ sahəsi üçün 55.400 rubl məbləğində borc olub. Borc könüllü olaraq ödənilməsə, vəsait hesabdan məcburi şəkildə silinəcək.
Sənədlərə görə, Volqoqrad vilayətində yerləşən bağçılıq birliyi İsinbayevaya qarşı 2024-2025-ci illərdə ümumi əmlakın istifadəsi üçün ödənilməmiş 32.000 rubldan çox icarə haqqının geri qaytarılmasını tələb edərək məhkəməyə müraciət edib. Hakim əsas məbləğə 20.500 rubl cərimə və 2.000 rubl dövlət rüsumu əlavə edərək borcun tutulmasını əmr edib.
44 yaşlı İsinbayeva 2004 və 2008-ci il Olimpiadalarında şüvüllə tullanmada qızıl, 2012-ci il Olimpiadasında isə bürünc medal qazanıb.
İdmançı Rusiyanı tərk edərək İspaniyanın Tenerife şəhərində yaşayır və orada əmlak alıb. İsinbayeva 2016-cı ildən Beynəlxalq Olimpiya Komitəsinin İdmançılar Komissiyasında çalışıb. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatıb .