Rusiya əvvəllər Türkiyəyə təhvil verilmiş S-400 zenit-raket sistemləri ilə bağlı Türkiyə ilə əlaqə saxlayır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl "Hürriyet" qəzetinin köşə yazarı Ankara və Vaşinqtonun S-400-lərin Fars körfəzi ölkəsinə təhvil verilməsi ilə bağlı danışıqlar apardığını bildirmişdi.
Peskov Türkiyə mediasının Ankaranın ABŞ sanksiyalarından yayınmaq üçün Rusiya S-400-lərini satması ilə bağlı xəbərləri şərh edərkən bildirib:
“Bu məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqələrimiz olub və əlaqələrimizi davam etdirəcəyik".
Kremlin sözçüsündən Ankaranın belə bir satış üçün Moskvadan icazə istəyib-istəmədiyi və əgər belədirsə, Rusiyanın nə cavab verdiyi soruşulub. Peskov qeyd edib ki, "bu, çox həssas bir məsələdir".