ABŞ prezidenti Donald Trampın NATO Liderlər Zirvəsindən sonra Türkiyədən Böyük Britaniyaya uçarkən təyyarəsini dəyişməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.
ABŞ mətbuatının məlumatına görə, Qətərin hədiyyə etdiyi və modernləşdirilən yeni Boeing 747 tipli prezident təyyarəsində əvvəlki "Air Force One"da mövcud olan bəzi vacib təhlükəsizlik sistemləri, o cümlədən raketdən müdafiə avadanlığı quraşdırılmayıb.
Bildirilib ki, modernləşdirmə işlərinin sürətlə aparılması səbəbindən bütün müdafiə sistemlərini təyyarəyə inteqrasiya etmək mümkün olmayıb. Keçmiş amerikalı hərbi rəsmilər də bu iddianı səsləndiriblər.
Xəbərdə qeyd olunub ki, köhnə "Air Force One" təyyarəsinin qanad və quyruq hissəsində yerləşən bəzi müdafiə sistemləri yeni təyyarənin xarici görünüşündə müşahidə edilmir.
Xatırladaq ki, Donald Tramp NATO Zirvəsindən sonra Türkiyədən Böyük Britaniyaya uçarkən yeni "Air Force One" əvəzinə köhnə prezident təyyarəsindən istifadə etmişdi. O isə təyyarəni təhlükəsizlik səbəbindən deyil, yeni təyyarəni Böyük Britaniyadakı ABŞ hərbçilərinə göstərmək məqsədilə dəyişdiyini bildirmişdi.