Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğ və modelyer xanımı Başak Dizer ikinci övladlarını qarşılamağa hazırlaşırlar.
"Sabah" qəzetinin yazarı Bülent Cankurtun iddiasına görə, Başak Dizer 5 aylıq hamilədir.
Məlumata görə, cütlüyün bu dəfə qız övladı olacaq. Onların ilk övladı Kurt Efe 2022-ci ildə dünyaya gəlib.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 2016-cı ildə Parisdə keçirilən sadə nikah mərasimi ilə ailə qurublar.