Rənglər insanın emosional vəziyyətinə, narahatlıq səviyyəsinə və ətraf aləmi qavramasına təsir göstərə bilər.
Bunu psixoloq Anjelika Yeremenko bildirib.
Onun sözlərinə görə, rəngin təsirində onun çalarının doyması mühüm rol oynayır. Orta doymuş isti tonlar sevinc hissi yarada, həddindən artıq parlaq və tünd çalarlar isə qıcıqlanmaya səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, qırmızı rəng enerji və təhlükə ilə əlaqələndirilir, mavi sakitləşdirir və məhsuldarlığı artırır, yaşıl harmoniya yaradır. Sarı isə istilik və nikbinliklə əlaqəli olsa da, həddindən artıq istifadəsi narahatlıq doğura bilər.
Psixoloq iş üçün mavi və yaşıl, istirahət üçün isə yumşaq və neytral tonları seçməyi tövsiyə edib.