Qazax rayonunda 2 nəfər göldə boğulub.
Hadisə rayonun Bala Cəfərli kəndindəki Didvan gölündə baş verib.
Canallı kənd sakini Rafael Xəlilov və onun qızı Rəvanə Xəlilova göldə batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Göldə batan şəxslərin meyitləri sudan çıxarılıb.