“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bildirilib ki, ölkənin mal nomenklaturasına, idxal və ixrac gömrük rüsumlarının dərəcələrinə “Qrup 99 - Xüsusi məqsədlər üçün nəzərdə tutulan mallar” adlı yeni bölmə əlavə olunub.
Yeni tənzimləmə rəsmi dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minəcək.