Gündəm Dün, 16:10

DTX kütləvi elektrik kəsintilərinə görə araşdırmalara başladı



Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) iyulun 24-də gecə və iyulun 25-də səhər saatlarında ölkə ərazisində baş verən kütləvi elektrik kəsintiləri ilə əlaqədar təxribat maddəsi üzrə araşdırmaya başlayıb.

Bu barədə DTX məlumat yayıb.

Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb. Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur.

DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib.

Xəbər lenti