Gündəm / İqtisadiyyat Dün, 18:10

Azərbaycan 32 milyon 99 min dollarlıq xurma ixrac edib



Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib.

Bu, dəyər baxımından 847 min dollar (2,6 %), həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır.

Hesabat dövründə xurma ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.

Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

Xəbər lenti