“Mənə hər 3-7 dəqiqədən bir jurnalistlərdən zəng gəlir”.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının (WHCA) Vaşinqtonda keçirilən şam yeməyində çıxışı zamanı deyib.
Tramp developer olarkən jurnalistlərdən tez-tez sorğular daxil olduğunu, lakin prezident seçildikdən sonra uzun müddət onlardan zəng almamasına təəccübləndiyini bildirib.
“Mən dedim ki, telefon nömrəmi mətbuata verəcəyəm. Bu, indiyədək etdiyim ən axmaq hərəkətdir. İndi mənə hər 3-7 dəqiqədən bir zəng gəlir”, - dövlət başçısı deyib.
Tramp həmçinin siyasi karyerası başa çatdıqdan sonra bir çox ABŞ KİV-inin müflis olacağına əminliyini ifadə edib.
“Siz təsəvvür edə bilməzsiniz ki, nə qədər şanslısınız. Mən gedəndən sonra hamınız müflis olacaqsınız, çünki haqqında yazacaq kimsəniz olmayacaq”, - o əlavə edib.