Ermənistanda növbəti dəfə doğum sayı ilə bağlı arzuolunmaz hallar yaşanır.
Bu barədə yerli media məlumat yayıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-may ayları arasında Ermənistanda 11.720 uşaq dünyaya gəlib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 331 (2,7%) azdır.
"Bu ilin eyni dövründə 10.493 nəfər ölüb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 708 nəfər azdır. Ölüm nisbəti doğum nisbətindən daha çox azaldığı üçün təbii əhali artımı 850-dən 1227-yə yüksəlib", - "Sputnik Armeniya" yazıb.
2026-cı ilin ilk beş ayında 1 yaşa qədər uşaqlar arasında ölüm nisbəti 101-dən 60-a, 4 yaşa qədər uşaqlar arasında 117-dən 72-yə, ölü doğulanların sayı isə 167-dən 142-yə düşüb.
Ümumi ölümlərin 5486-sı ürək-damar xəstəliklərindən (bütün ölümlərin 52,3%-i) qaynaqlanıb. Bu xəstəliklərdən ölüm halları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,4% azalıb.