Gündəm / Siyasət / Dünya 30-07-2026, 18:20

Paşinyanın mətbuat katibi istefa verdi



Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan istefa verib.

O, bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Ermənistanın baş nazirinin mətbuat katibi vəzifəmi başa vururam və bütün jurnalistlərə, media nümayəndələrinə xüsusi təşəkkürümü bildirirəm”, - deyə Baqdasaryan bildirib.

Qeyd edək ki, Nikol Paşinyan daha əvvəl Melnya Arutyunyanın onun mətbuat katibi olacağını açıqlayıb.

Xəbər lenti