Gündəm / Siyasət / Dünya 30-07-2026, 22:50

İrana silah tədarükü iddiasına Çindən cavab gəldi



Çin İranın bir neçə həftə ərzində Çin istehsalı olan 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağı ilə bağlı məlumatları təkzib edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq açıqlama verib.

O bildirib ki, yayılan məlumatlar heç bir fakta əsaslanmır və əsassızdır.

"Bu məlumatlar tamamilə əsassızdır. Çin dəfələrlə müvafiq məsələlərlə bağlı mövqeyini açıqlayıb. Çin hər zaman sülhün və münaqişələrin dayandırılmasının tərəfdarı olub", - deyə Mao Ninq qeyd edib.

Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi mənbələrinə istinadən İranın Çindən 400-ə qədər hava hücumundan müdafiə raket sisteminin ilk partiyasını alacağını yazmışdı.

Xəbər lenti